COP29

Premyer Liqa təmsilçisinin planı niyə baş tutmadı?

27 İyun 19:40 Premyerliqa 858
Premyer Liqa təmsilçisinin planı niyə baş tutmadı?

“Araz-Naxçıvan”da yeni mövsümün hazırlıqlarına iyunun 28-də start veriləcək.

Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” yekunda bir yoldaşlıq matçında gücünü sınayacaq.

Bir günlük istirahətin ardından - iyulun 10-da kollektiv Türkiyəyə yollanacaq.

Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək.

Əslində Muxtar Respublika təmsilçisi hazırlıq planını 3 mərhələdə etməyi planlaşdırmışdı.

Belə ki, Elmar Baxşıyev komandasını Bakıdakı 10 günlük məşq proqramının ardınca Qəbələyə aparmağı düşünürdü.

Amma heyətin tam komplektləşməməsi onun bu istəyini arxa plana keçirməyə səbəb olub.

Düzdü, yerli futbolçularla bağlı transferlər demək olar ki, başa çatıb.

Amma legionerlərin heyətə cəlb edilməsi ilə bağlı narahatlıq hələ də davam edir.

Baxşıyev də belədə Bakıda tam komplektləşib, ardınca birbaşa qardaş ölkəyə getmək yolunu seçib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək