COP29

Azərbaycanda ən çox dəyər qazanan, gəlmələrə "meydan oxuyan" gənc futbolçular - SİYAHI+FOTO

23 İyun 11:30 Premyerliqa 1 474
Azərbaycanda ən çox dəyər qazanan, gəlmələrə "meydan oxuyan" gənc futbolçular - SİYAHI+FOTO

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri yenilənib.

Sportinfo.az xəbər verir ki, ölkəmizdə çıxış edib ən çox dəyər qazanan futbolçu "Qarabağ"ın hücumçusu Juninyo Olaviodur. 1 milyon avro dəyəri olan braziliyalının qiyməti 100 faiz artıb.

Juninyonu gənc futbolçular - "Qarabağ"dan Nəriman Axundzadə və "Neftçi"dən Rza Cəfərov izləyir. Onların hər ikisinin dəyəri 700 min avro artıb. Nəriman 1,2 milyon, Rza isə 800 min avro qiymətə malikdir.

İlk onluqda "Zirə"dən Ceyhun Nuriyev, Qismət Alıyev və Salifu Suma, "Qarabağ"dan Leandro Andrade və Yassin Benzia, "Sumqayıt"dan isə Səbuhi Abdullazadə və İsa Suliman qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?