COP29

AFFA cüzi məbləğ ödədi, legionerlər klublara XƏBƏRDARLIQ ETDİ!

1 May 16:00 Premyerliqa 564
AFFA cüzi məbləğ ödədi, legionerlər klublara XƏBƏRDARLIQ ETDİ!

AFFA-nın yeni rəhbərliyi Premyer Liqa klublarında özlərinə qarşı ilk narazılığı yaradıb.

Bununla bağlı redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

Əldə etdiyimiz informasiyaya görə, elita təmsilçiləri dövlət tərəfindən onlara ayrılan maliyyə yardımını federasiyadan ala bilmir.

Bu gün mayın 1-dir, amma hələ də illik dotasiyanın mart ayına düşən hissəsi tam şəkildə yüksək liqa iştirakçılarının bank hesablarına köçürülməyib.

Aylıq 300 min manatın cüzi bir hissəsi ödənilib, əsas vəsaitin nə vaxt veriləcəyi isə naməlumdur. Klublar qeyri-müəyyənlikdən şikayətçidir və AFFA-nı bundan məlumatlandırıblar.

Bildiriblər ki, onlar planlarını əsasən federasiyadan gələn məbləğ üzərində qurduqlarından, futbolçuların giley-güzarını dinləməkdən yorulublar.

Ən çox da legionerlər. Əcnəbi oyunçular pullarının tezliklə ödənilməyəcəyi təqdirdə, UEFA və FİFA-ya şikayət məktubu göndəriləcəyinə dair onlara xəbərdarlıq edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu