COP29

İntizamsız Premyer Liqa dünyanın ilk “10-luğ”una düşdü

29 Fevral 00:50 Premyerliqa 420
İntizamsız Premyer Liqa dünyanın ilk “10-luğ”una düşdü

Azərbaycan Premyer Liqası oyunlarda qeydə alınan qayda pozuntularının sayında dünyanın ilk “10-luğ”una düşüb.

Sportinfo.az xəbər verir ki, çempionatın hər matçında orta hesabla 27,56 kobudluq olur.

Bu baxımdan Premyer Liqa araşdırma aparılan 71 çempionat arasında 10-cu yerdədir.

CİES, eyni zamanda vərəqələr və uzatma dəqiqələri ilə bağlı da araşdırma aparıb. Hesabat dövründə çempionatımızda 179 oyun keçirilib və orta hesabla hər görüşdə 4,47 sarı vərəqə verilib.

Bu, dünyada 38-ci göstəricidir. Qırmızı vərəqələrin orta sayı isə 0,16-ya bərabərdir.

Premyer Liqa bu baxımdan intizamlı olması ilə seçilir. Çünki cəmi 12 liqa Azərbaycan çempionatından daha intizamlıdır.

Bundan başqa, Azərbaycan çempionatının matçlarına orta hesabla 8 dəqiqə 11 saniyə vaxt artırılıb. Bu, ən çox vaxt artırılan 50-ci liqadır.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?