Premyer Liqada 24-cü turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün 2 matç keçirilib.
Əvvəlcə "Turan Tovuz" "Neftçi"ni qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə "Turan Tovuz" 6-cı pilləyə yüksəlib.
Digər matçda isə "Sabah" "Səbail"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Səbail" xallarının sayını 34-ə çatdırıb və 4-cü pilləyə yüksəlib.
XXIV turun "Araz-Naxçıvan" - "Zirə" və "Qarabağ" - "Sumqayıt" matçları fevralın 25-də baş tutacaq.
Ötən gün gerçəkləşən oyunda "Kəpəz" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
24 fevral
15:00. “Turan Tovuz” – “Neftçi” 1:1
Qollar: Fərid Nəbiyev, 89 // Yeqor Boqomolski, 72
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu
"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular:1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev. 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi
Baş məşqçi: Ayxan Abbasov
"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 77. Yeqor Boqomolski
Baş məşqçi: Miodraq Bojoviç
17:30. “Səbail” – “Sabah” 2:0
Qollar: Aleksandr Ramalinqom, 52, Samir Abdullayev, 90+2
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”
“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev. 5. Adil Nağıyev. 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 7. Madi Queta, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev. 5. Rəhman Daşdəmirov. 88. Xəyal Əliyev, 15. Kristian da Silva. 14. İshak Belfodil, 7. Boyan Letiç. 44. Sofian Çakla, 70. Cesse Sekidika, 28. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulax Xaybulayev. 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 27. Jarl Marqarita
Məşqçi: Ruslan Qafitullin
|
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 8 qol
Pedro Nuno ("Səbail") - 7 qol