COP29

“Qarabağ” bunun pulunu ödəyəcək, bəs başqaları?

30 Noyabr 2023 03:00 Premyerliqa 549
“Qarabağ” bunun pulunu ödəyəcək, bəs başqaları?

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Qəbələ” – “Turan Tovuz” oyununun 86-cı dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə “Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 74.2);

“Qəbələ” – “Turan Tovuz” oyununun 90+2-ci dəqiqəsində “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

“Neftçi” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 43.7);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən stadiona dəymiş zərər (82 ədəd oturacağın sındırılması) “Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 51.6);

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?