Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.
Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov geridə qalan tura aid şərhlərlə diqqət çəkib.
O, "Neftçi” - "Araz Naxçıvan" oyunu ilə bağlı maraqlı fikirlər səsləndirib, “ağ-qaralar”ın uğursuz çıxışına şərh verib:
"Təəssüflə qeyd etməliyik ki, bir vaxtlar Azərbaycanın flaqmanı hesab olunan “Neftçi”də uğursuz eksperimentlər davam etməkdəddir.
Futbol ictimaiyyətini və sadiq azarkeşləri təngə gətirən bu eksperimentlər artıq neçə ildir ki, heç bir nəticə vermir. İndi aydın olur ki, 3-4 sahibi olan komanda əslində yiyəsiz vəziyyətdədir.
Belə olmasaydı, adı heç də futbol ictimaiyyətində müsbət qiymətləndirilməyən bəzi şəxslərə “Neftçi”ni formalaşdırmaq tapşırılmazdı.
Son oyun bir daha göstərdi ki, bu komandaya böyük və yalançı ümidlərlə gətirilən legionerlər boş qapını nişan ala bilmirlər.
Nəticədə “Neftçi” son illərdə ən ağır günlərini yaşayır və belə gedişlə sonda Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq.
Baş məşqçi Adrian Mutu isə De Byazisayağı deyir ki, yaxşı oynayırıq, ancaq qol vura bilmirik və mən başladığım işi “Neftçi”də bitirmək istəyirəm.
Bizə isə belə futbol lazım deyil. “Neftçi” fanatları bu cür uğursuzluqlara layiq deyil”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: