COP29

Bakı klubları ziyana düşdü - “Kənar şəxslər”ə və “təcili yardım”a görə

28 Sentyabr 2023 01:10 Premyerliqa 367
Bakı klubları ziyana düşdü - “Kənar şəxslər”ə və “təcili yardım”a görə

İntizam Komitəsi “Qarabağ”a xəbərdarlıq edib. Ağdam klubunun azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqanın VII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara görə klubları cəzalandırıb.

“Sabah”la səfər qarşılaşmasında dörd futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəyəcək. Təcili Tibbi Yardım avtomobili görüşə təyin olunan vaxtdan gec gəldiyindən “Sabah” 1000 manat ziyana düşüb.

“Səbail” - “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydana kənar şəxsin daxil olması birincilərin 800 manat cərimələnməsinə səbəb olub.

Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu