Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vuruldu.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov geridə qalan hesabat həftəsiylə bağlı şərhlərlə diqqət çəkib.
O, xüsusilə "Neftçi"dəki problemlərlə bağlı maraqlı fikirlər səsləndirib:
“Neftçi”də durum heç də yaxşı deyil. Yeni transferlərin komandaya uyğunlaşma problemi var.
Adrian Mutu meydandakı fəaliyyəti ilə həmyerlisi Regekampfa rəhmət oxutdurmaqda davam edir. Belə gedərsə, mövsümün ilk istefası qaçılmaz olacaq.
Bir sözlə, aparılan transfer siyasətinə “üstü bəzək, altı təzək“ də deyə bilərik. Yəni, komanda yenilənmiş görsənsə də, problemlər hələ də qalmaqdadır”.
Tanınmış yazar "Qarabağ"la bağlı dəyərləndirməsində deyib ki, səviyyə yenə öz sözünü dedi:
“Turun mərkəzi görüşündə “Qarabağ” “Sabah” üzərində qələbə qazandı.
Ağdamlılar oyunun hakimi idilər. Sürət artırdığı təqdirdə, komandanın səviyyəsi növbəti dəfə görsəndi.
Amma bu oyun avrokuboklar üçün yetərlidirmi? Bu suala cavab vermək hələ çətindir”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: