COP29

Bir xahiş və razılıq: Premyer Liqanın təqvimində dəyişiklik edildi - RƏSMİ QƏRAR

2 Avqust 12:40 Premyerliqa 2 254
Bir xahiş və razılıq: Premyer Liqanın təqvimində dəyişiklik edildi - RƏSMİ QƏRAR

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün təqvimində dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

I turun "Şamaxı" - "Sabah" oyunu ilə XVIII turun "Sabah" - "Şamaxı" matçının yeri dəyişdirilib.

Paytaxt təmsilçisi bununla bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb, bölgə klubu isə buna razılıq verib.

Bu, Bakı klubunun UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədi ilə edilib. "Bayquşlar" bu raundda "Sent-Patriks Atletik" (İrlandiya) ilə üz-üzə gələcək.

Avqustun 4-də keçiriləcək I turun "Sabah" - "Şamaxı" görüşü saat 17:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti