COP29

Bu klublar Premyer Liqanın ilk həftəsində cərimə olundu

9 Avqust 2024 02:20 Premyerliqa 965
Bu klublar Premyer Liqanın ilk həftəsində cərimə olundu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turu ilə bağlı qərarlar qəbul olunub.

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Araz-Naxçıvan”la oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalanıb. “Qarabağ” klubu 500 manat cərimə edilib.

Digər qərarlar isə aşağıdakı kimidir:

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” görüşündə oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti