“Əslində, problem limitin olub-olmamasında deyil, illərdir uğursuz idarəçilikdədir.
Strategiya olmadıqda, düzgün hədəflər müəyyənləşmədikdə, hansı limiti tətbiq edirsən elə, xeyri yoxdur. Uzun illərdir, limitin tətbiq edilməsi ilə yerli futbolçularda, xüsusilə milli səviyyəsində istənilən nöqtəyə çata bilməmişik.
Bu dəfə legioner limitinin sərbəst buraxılmasının tərəfdarıyam. Zatən, keyfiyyətli futbolçunun yerli və yaxud legioner olması fərq etmir, forma geyəcək.
Baxımlı çempioant izləmək istəyiriksə, limit sərbəst buraxılmalıdır. Təbii ki, nəzarət mexanizmi gücləndirilməli, legionerə görə tətbiq edilən rüsum artırılmalıdır”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist son günlər müzakirə predmetinə çevrilən legioner limiti məsələsinə münasibət bildirib. Qeyd edib ki, limit sərbəst buraxılarsa, azərbaycanlı futbolçular əsas heyətə düşə bilmək üçün mübarizə aparacaq.
Heyətə düşə bilməyənlər legioner həyatı yaşamaqda maraqlı olacaqlar.
Son 15 ilin nəticələrinin yerli futbolçuların yetişməsi və inkişafına heç bir töhvə vermədiyini diqqətə çatdıran E.Cəfərov deyib ki, milli günü-gündən geri gedib, yerli futbolçu qıtlığı ildən-ilə artıb, əvəzində onlar limitdən istifadə edərək, qiymətlərini qaldırıblar.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN