COP29

"Neftçi"nin sancılı dönəmi, "Qarabağ"ın yeni transferi… VİDEO

2 Sentyabr 14:00 Premyerliqa 2 617
"Neftçi"nin sancılı dönəmi, "Qarabağ"ın yeni transferi… VİDEO

“Bilirik ki, “Neftçi” yenidən qurulur.

Ancaq bu sancılı dönəmdə belə böyük komandalar mütləq qələbə qazanmalıdır.

Çünki qarşıdakı periodda itirilən xalları çox axtara bilərlər.

Azarkeşlərə də ümid vermək üçün 3 xal mütləqdir. Yoxsa hər tur itkilər fonunda “ağ-qaralar”a inam da qalmır”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Azərbaycan Premyer Liqasında başa çatan 5-ci turu dəyərləndirərkən “Nefçi” barədə danışıb.

Deyib ki, paytaxt klubunun çalışdırıcısı Roman Qriqorçuk nə qədər “yeni qurulan kollektivik, bizə vaxt lazımdır” söyləsə də, itirlən xalları sığortalamaq da mütləqdir.

Elçin Cəfərov eyni zamanda “Qarabağ”ın yeni transferi Emmanuel Addai barədə müsbət fikirlər səsləndirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti