AFFA Premyer Liqanın yeni mövsümü ilə əlaqəli mühüm qərar verməyə hazırlaşır.
Bu barədə federasiyadan redaksiyamıza bildirilib.
Qurumdan verilən məlumata görə, elitada legioner limitinin dəyişdirilməsi gündəmdədir. Dekabrın 14-də İcraiyyə Komitəsinin toplantısı keçiriləcək və limit də müzakirəyə çıxarılacaq məsələlər arasındadır.
Bir neçə ildir ki, çempionatda «7+4» tətbiq olunur. Gələn sezondan isə «8+3» limiti qüvvəyə minəcək.
Liqanın əksər klubları bu ideyanı dəstəkləyir. «Neftçi», «Sabah», «Zirə» və digərləri legionerlərə daha çox şans tanımağın tərəfdarı kimi çıxış edir.
SPORTİNFO.AZ