AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilib.
"Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
"Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilib.
"Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilib. “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə klub daha 1500 manat cərimə edilib.
"Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib. Həmçinin, "Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilib.