İki milyon avroluq hücumçu “Qarabağ”da – YENİ QİYMƏTLƏR

13 İyun 2024 00:30 Premyerliqa 20 201
İki milyon avroluq hücumçu “Qarabağ”da – YENİ QİYMƏTLƏR

"Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçuların siyahısını yeniləyib.

Sportinfo.az xəbər verir ki, siyahıya dəyəri iki dəfə artaraq 2 milyon avro olan "Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyo başçılıq edir.

Qiyməti 1,5 milyon avroya yüksələn Ağdam klubunun yarımmüdafiəçisi Leandro Andrade ikinci sırada qərarlaşıb.

Üçüncü və dördüncü pillələri 1,2 milyon avro dəyərlə "Qarabağ"dan Nəriman Axundzadə və Yassin Benzia bölüşürlər.

"Neftçi"də çıxış edən 29 yaşlı müdafiəçi Yuri Matiasın qiyməti dəyişməz olaraq qalıb – 1,2 milyon avro.

Azərbaycan Premyer Liqasının ən dəyərli futbolçuları

1. Olavio Juninyo ("Qarabağ") - 2 milyon avro

2. Leandro Andrade ("Qarabağ") - 1,5 milyon avro

3. Nəriman Axundzadə ("Qarabağ") - 1,2 milyon avro

4.Yassin Benzia ("Qarabağ") - 1,2 milyon avro

5.Yuri Matias ("Neftçi") - 1,2 milyon avro

6.Toral Bayramov ("Qarabağ") - 1 milyon avro

8. Qismət Alıyev ("Zirə") - 900 min avro

9. Emin Mahmudov ("Neftçi") - 900 min avro

10. Aleksey İsayev ("Qarabağ") - 850 min avro

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”