“Olimpiya Oyunlarında 5-ci dəfə iştirak edəcəm”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) deyib.
Stadnik Paris-2024-də mübarizəyə avqustun 6-da başlayacaq. O, hədəflərini açıqlayıb.
Yığmamızın lideri Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə bildirib ki, dördilliyin ən möhtəşəm yarışlarına ardıcıl qatılmaq tək onun üçün deyil, qadın güləşi və Azərbaycan xalqı üçün tarixi bir göstəricidir:
“Mənə elə gəlir ki, bu Olimpiada gənc nəsil üçün motivasiya verəcək. Onlar yaxşı nəticələri görüb daha həvəslə çalışacaqlar ki, uğurlu olsunlar.
Yəqin ki, peşəkar idmançı olmasaydım, müəllim olardım. Çünki uşaqlarla çalışmağı sevirəm.
Boş zamanlarımda, düzdür, bu o qədər də çox yoxdur. Uşaqlarımla zaman keçirməyi sevirəm.
Adətən, alış-veriş etməyə gedirik. Özümüzə gözəl idman geyimləri alırıq və belə dincəlirik”.