COP29

“O, tərəfkeşlik etdi - Mümkün olmayan şey yoxdur”

12 Sentyabr 03:40 Paris-2024 2 284
“O, tərəfkeşlik etdi - Mümkün olmayan şey yoxdur”

Azərbaycanın paralimpiyaçısı İlham Zəkiyev zədəsi ucbatından Paralimpiya Oyunlarına yaxşı hazırlaşa bilmədiyini, bununla belə, ölkəyə medalla qayıtdığını bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə idmançı söyləyib.

“Təəssüf ki, zədələrim ucbatından istədiyim kimi hazırlaşa bilmədim. Lakin buna baxmayaraq, vətənə bürünc medalla döndüm. Ümumiyyətlə, Olimpiadada, Paralimpiya Oyunlarında istənilən medal qələbə deməkdir”, – o vurğulayıb.

Birinci görüşündə fransalı rəqibinə məğlub olan idmançının sözlərinə görə, həmin qarşılaşmada “hakimlərin tərəfkeşliyini edirdi”.

44 yaşlı idmançı uğurunun sirrini də paylaşıb: “İnsan öz üzərində çalışarsa, hər şeyi mümkün edə bilər. Mümkün olmayan şey yoxdur. İşini sevə-sevə yanaşanda nəticə əldə edilir”.

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!
20 Noyabr 01:50 I Liqa, yA TƏHQİRXANA?