COP29

“Onlar yavaş-yavaş Tanrı, vətən və ailə ilə əlaqələri qoparıblar"

28 İyul 03:00 Paris-2024 773
“Onlar yavaş-yavaş Tanrı, vətən və ailə ilə əlaqələri qoparıblar"

Rusiya və Macarıstan Paris-2024 Olimpiya Oyunlarının açılış mərasimini sərt tənqid edib.

Sportinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda mərasimi “böyük uğursuzluq” adlandırıb.

O, açılışı canlı izləyən tamaşaçıların leysan yağışda saatlarla dayanmalı olduğunu xatırladıb və təşkilatçıların yol verdiyi boşluqlara toxunub.

Zaxarova həmçinin oyunların açılış mərasimində LGBT fərdlərin şousunu dünya şöhrətli rəssam Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsəri ilə müqayisə edərək, tənqid edib.

Bildirib ki, burada həvarilər transvestitlərlə təmsil olunub.

Tənqidlərə Macarıstanın Baş naziri Viktor Orban da qoşulub.

Orban bildirib ki, açılış mərasimi birmənalı olaraq Qərbdəki boşluqları təcəssüm edib:

“Onlar yavaş-yavaş Tanrı ilə, vətənlə və ailə ilə metafizik əlaqələri qoparıblar.

Fransanın özündə də mərasimin bəzi səhnələri ilə bağlı ifrat sağçılardan səslər ucaldı. Yepiskoplar isə mərasim zamanı xristianlığa qarşı istehza səhnələrinin olmasından təəssüfləndiklərini bildiriblər”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...