COP29

Azərbaycan 23-cü pillədə - Paris-2024-də medal sıralaması

2 Avqust 04:00 Paris-2024 1 073
Azərbaycan 23-cü pillədə - Paris-2024-də medal sıralaması

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, hələlik komandanın aktivində bir qızıl mükafat var.

Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Argentina, Sloveniya, Serbiya və Özbəkistan da bir qızıl medalla 23-cüdür.

Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 32-ci, Gürcüstan isə 14-cü (1 qızıl, 1 gümüş) sıradadır.

İlk "üçlük"də Çin (9 qızıl, 7 gümüş, 3 bürünc), Fransa (8 qızıl, 10 gümüş, 8 bürünc) və Yaponiya (8 qızıl, 3 gümüş, 8 bürünc) yer alıblar.

Hələlik 47 ölkə mükafat əldə edə bilib.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Xəbər Lenti