COP29

“Bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur”

5 Sentyabr 04:40 Paris-2024 525
“Bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur”

"Medalımı Azərbaycan xalqına həsr edirəm. Çox sevindirici haldır ki, dünya rekordunu yeniliyərək Paralimpiya çempionu oldum".

Sportinfo.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.

T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanan idmançı bu haqda fikirlərini bölüşüb:

"Məşqlərim bu yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm.

Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir.

İdmana və Paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".

Paratletimiz Lamiyə Vəliyeva dünən axşam Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub.

L.Vəliyeva 5 sentyabrda T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçış üzrə yarışda da qüvvəsini sınayacaq. Təsnifat qaçışı Bakı vaxtı ilə saat 23:31-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti