COP29

“Bilirdim ki, mən çempion olacam, özümə çox güvənirdim”

5 Sentyabr 04:10 Paris-2024 970
“Bilirdim ki, mən çempion olacam, özümə çox güvənirdim”

Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov qalibiyyətini şəhid ailələrinə həsr edib.

Sportinfo.az xəbər verir ki, bu barədə idmançı jurnalistlərə açıqlamasında bildirib.

O ilk sevincini ailəsi ilə bölüşdüyünü vurğulayıb:

"Onlar hədsiz sevincli idilər. Hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss edirdim.

Bu da öz növbəsində məndə əlavə motivasiya yaradırdı. Finalda isə heç bir tərəddüd olmadı, özümə çox güvənirdim. Bilirdim ki, mən çempion olacam”.

Digər Xəbərlər
Xəbər Lenti