COP29

Paralimpiya Oyunlarında üçüncü yeri tutdu - Saleydən növbəti uğur!

8 Sentyabr 01:40 Paris-2024 242
Paralimpiya Oyunlarında üçüncü yeri tutdu - Saleydən növbəti uğur!

Azərbaycan paraüzgüçüsü Raman Saley Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 58.13 saniyə nəticə ilə üçüncü yeri tutub.

Paraüzgüçümüz daha öncə S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə bürünc medal qazanmışdı.

Xəbər Lenti