COP29

"Bəzi səhvlərimə görə çempion ola bilmədim"

6 Sentyabr 05:00 Paris-2024 371
"Bəzi səhvlərimə görə çempion ola bilmədim"

“Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmaq mənim üçün qürurverici bir hissdir”.

Sportinfo.azxəbər verir ki, bu sözləri parataekvondo üzrə Azərbaycan milli komandasının üzvü Sabir Zeynalov deyib.

“Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarında daha yaxşı nailiyyət əldə etmək, yəni çempion olmaq üçün çalışacam.

Əlimdən gələni edəcəyəm ki, 2028-ci ildə Vətənə qızıl medal ilə qayıdım”, - deyə o qeyd edib.

İdmançı səhvlərindən nəticə çıxardığını da bildirib:

“Psixoloji olaraq çox yaxşı vəziyyətdə idik. Təəssüf ki, Parisdə bəzi səhvlərimə görə çempion ola bilmədim.

Bu səhvlərdən nəticə çıxarıb gələn yarışlarda daha yaxşı iştirak etmək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var