COP29

Azərbaycan 28-ci pillədə

6 Sentyabr 04:30 Paris-2024 306
Azərbaycan 28-ci pillədə

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 28-ci pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.

Siyahıya Çin (62 qızıl, 46 gümüş, 27 bürünc) başçılıq edir. Böyük Britaniya (33 qızıl, 25 gümüş, 16 bürünc) ikinci, ABŞ (25 qızıl, 26 gümüş, 12 bürünc) üçüncüdür.

Hələlik 78 ölkə təmsilçiləri mükafat əldə edə biliblər.

Pparalimpiada sentyabrın 8-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var