Daha bir azərbaycanlı Parisdə çempion oldu - VİDEO

2 Sentyabr 2024 17:20 Paris-2024 1 599
Daha bir azərbaycanlı Parisdə çempion oldu - VİDEO

Azərbaycanın daha bir təmsilçisi Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, T12 kateqoriyasında yer alan paraatlet uzunluğa tullanma növündə çıxış edib.

O, 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib.

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

S. Nəcəfzadənin qalib olduğu anın görüntülərini təqdim edirik:



Digər Xəbərlər
Xəbər Lenti