Efiopiyalı yüngül atlet Lameha Girma 2024-cü il Paris Olimpiadasında 3000 metr məsafəyə maneəli qaçış zamanı yıxılaraq huşunu itirib.
Sportinfo.az xəbər verir ki, yayım Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytında aparılıb.
İdmançı ayağı ilə maneəyə dəyib və yıxılıb, bundan sonra ayağa qalxıb yarışı başa vura bilməyib. Onun xərəkdə aparıldığı qeyd edilir.
Nəticədə mərakeşli Soufiane El-Bakkali 8 dəqiqə 6,05 saniyə nəticə göstərərək Olimpiya çempionu olub. Gümüş medalı amerikalı Kennet Ruks qazanıb. Keniyalı Abraham Kibiwot bürünc medal qazanıb.
Girma məsafə üzrə dünya rekordunun hazırkı sahibidir. Onun nəticəsi 7 dəqiqə 52,11 saniyədir. İdmançı 2020-ci ildə Tokioda keçirilən Oyunlarda da gümüş medal qazanıb.