COP29

Sən bir buna bax... Dronla rəqibi izlədi, işini itirdi

26 İyul 18:40 Paris-2024 436
Sən bir buna bax... Dronla rəqibi izlədi, işini itirdi

Paris-2024-də iştirak edən Kanadanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Beverli Priston postundan kənarlaşdırılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, buna çalışdırıcının atdığı maraqlı addım səbəb olub.

Belə ki, Priston Yeni Zelandiya millisi ilə keçirəcəkləri matç ərəfəsində rəqibin məşqini izləmək üçün dronlardan istifadə edib.

Dron Yeni Zelandiya yığmasının məşqi zamanı səmada görünüb. Məsələ ilə bağlı araşdırma aparılanda Priston bütün məsuliyyəti öz üzərinə götürüb.

Nəticədə, onun baş məşqçi fəaliyyətinə son qoyulub. 38 yaşlı mütəxəssisi Olimpiadada Endi Spens əvəzləyəcək.

A qrupunda keçirilən matçda Kanada millisi Yeni Zelandiyanı 2:1 hesablı məğlubiyyətə uğradıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?