COP29

Azərbaycan boksçusu Paris-2024-də yarımfinala yüksəldi, ən azı bürünc medalı təmin etdi

2 Avqust 01:40 Paris-2024 724
Azərbaycan boksçusu Paris-2024-də yarımfinala yüksəldi, ən azı bürünc medalı təmin etdi

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

Ardıcıl ikinci qələbəsini qazanan Alfonso yarımfinala vəsiqə ilə ən azı bürünc medalı təmin edib.

Dominqes finala gedən yolda ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüş avqustun 4-də gerçəkləşəcək.

A.Dominqes Paris-2024-ə 1/8 finaldan başlayıb.

Bu yarışın favoritlərindən olan, Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionu Xulio Sesar Krusa qalib gəlib.

Xəbər Lenti