Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında daha iki atletimiz mübarizə aparıb.
Sportinfo.az xəbər verir ki, sprinter Yuliya Yanovskaya (T13 kateqoriyası) 400 metr məsafəyə qaçışda mübarizə aparıb.
O, 56.55 saniyəyə finişə çataraq ikinci olub. 22 yaşlı idmançımız bu nəticə ilə finala vəsiqə qazanıb.
Həmçinin daha bir idmançımız – üç gün əvvəl 100 metr məsafədə gümüş medal qazanmış Lamiyə Vəliyeva (T13) da finala vəsiqə qazanıb. O, 400 metr məsafəyə qaçışın təsnifat mərhələsində 55.71 saniyə ilə finişə ikinci çatıb.
Beləliklə, sentyabrın 4-də hər iki idmançımız final mərhələsində mübarizə aparacaq.