COP29

“Çalışacam Azərbaycanı layiqincə təmsil edim” - Söz verdi

2 Sentyabr 03:00 Paris-2024 673
“Çalışacam Azərbaycanı layiqincə təmsil edim” - Söz verdi

Paris-2024 Yay Paralimpiya Oyunlarında S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanan Raman Salei fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, bunları deyib: “

Paralimpiya Oyunlarında 5-ci dəfə fəxri kürsüyə yüksəldim. Qarşıda məni daha 3 üzmə üsulunda mübarizə gözləyir.

Çalışacam Azərbaycanı layiqincə təmsil edim. Bunun üçün əlimdən gələni edəcəyəm”.

R.Salei Paris Paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. İdmançımız 2 sentyabrda S13 kateqoriyasında 50 m sərbəst, 4 sentyabrda S12-də 100 m sərbəst, 7 sentyabrda isə S12-də 100 m “butterfly” üzmə üsullarında mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM