2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının voleybol yarışının qrupları müəyyənləşib. Sportinfo.az xəbər verir ki, qrupların tərkibi FİVB reytinqinə əsasən müəyyənləşib.
Kişilərin yarışının A qrupunda Yaponiya, Polşa, İtaliya, Kanada, İran və Venesuela yığmaları yer alıb. B qrupunda isə Braziliya, ABŞ, Rusiya, Argentina, Fransa və Tunis yarışacaq.
Qadınların yarışında Yaponiya, Serbiya, Braziliya, Cənubi Koreya, Dominikan Respublikası və Keniya A qrupuna düşüb. B qrupunda isə Çin, ABŞ, Rusiya, İtaliya, Argentina və Türkiyə mübarizə aparacaq.
Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finalda mübarizəni davam etdirəcək. Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.