Azərbaycan ilk dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, ölkəmizi İsveçrədə keçiriləcək "Lozanna-2020" Yeniyetmələrin Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə idman növü üzrə Yekaterina Ryabova təmsil edəcək.
Olimpiada 9-22 yanvar tarixlərində keçiriləcək. Ryabova "Minsk Arena Ice Star 2018" turnirinin qızıl medalçısıdır. 2018-ci ildən Azərbaycanı təmsil edən Rusiya yığmasının keçmiş üzvü 2019-cu ildə keçirilmiş Avropa və dünya çempionatlarında qadınlar arasında təklər kateqoriyasında ölkəmizin şərəfini qoruyub.