COP29

Azərbaycan neçəncidi?

27 İyul 2019 08:24 Olimpiya oyunları 949
Azərbaycan neçəncidi?

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının altıncı gününə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan günü üç medalla başa vurub.

Nəticədə ölkəmizin qazandığı medalların sayı 23-ə çatıb. Bunlardan 10-u qızıl, 7-si gümüş, 6-sı isə bürüncdür. Azərbaycan bu göstərici ilə 2-ci sıradakı yerini qoruyub.

İlk pillədə Rusiyadı. Şimal qonşumuzun aktivində 25-i qızıl, 14-ü gümüş, 19-u bürünc olmaqla 58 medal var.

Üçüncü sırada isə Türkiyə qərarlaşıb. Qardaş ölkə Azərbaycan kimi 10 qızıl medal qazanıb. Türkiyəli idmançıların qazandıqları medallardan 5-i gümüş, 9-u isə bürüncdür.

Xəbər Lenti