Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya Milli Komandasının idmançıları İtaliyanın Genuya şəhərində keçirilən Avropa Çempionatının ilk günündə beş medal qazanıblar.
Sportinfo.az xəbər verir ki, qızlar arasında 57 kq çəki dərəcəsində Sevda Vəliyeva gümüş, 52 kq çəki dərəcəsində Səbinə Abdullayeva bürünc medal qazanıb.
Kişilər arasında yarışda isə 66 kq çəki dərəcəsində Bayram Mustafayev gümüş, Namiq Abbaslı bürünc və 73 kq çəki dərəcəsində Ramil Qasımov bürünc medallara layiq görülüblər.
Beləliklə, yarışın ilk 2 gümüş və 3 bürünc medal qazanaraq Azərbaycan Paralimpiya Milli Komandası medal sayına görə birinci yerdə qərarlaşıb.
Bu gün yarışlarda aşağıdakı idmançılarımız çıxış edəcəklər:
Kişilər
İlham Zəkiyev +100 kq
Kənan Abdullaxanlı -100 kq
Hüseyn Rahimli -81 kq
Qadınlar
Xatirə İsmiyeva +70 kq
Dürsədəf Kərimova +70 kq
Xanım Hüseynova -63 kq