Azərbaycanın idman gimnastı Səməd Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Sportinfo.az xəbər verir ki, atlet dəstəli atla hərəkətdə 13. 600 xal toplayaraq buna nail olub.
O, sərbəst hərəkətlərdə isə 13,733 xalla 6-cı yeri tutub. Bu, Azərbaycanın gimnastika növündə EYOF tarixində qazandığı ilk medaldı.