Bu gün Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) növbəti günə start veriləcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycan idmançıları 6-cı gündə cüdo, üzgüçülük, atletika, idman gimnastikası, basketbol, həndbol və voleybol yarışlarında çıxış edəcəklər.
Hazırda Azərbaycan idmançıları 9 qızıl, 6 gümüş, 5 bürünc medalla siyahıda ikinci pillədədir. 18 qızıl, 10 gümüş və 14 bürünc medal əldə edən Rusiya isə birinci yerdə qərarlaşıb.
10:30. Cüdo
Oğlanlar
81 kq, 1/16 final
Məhərrəm İmamverdiyev - Vlad Topala (Rumıniya)
90 kq, 1/16 final
Ruslan Nəsirli - Borislav Vladov (Bolqarıstan)
+90 kq, 1/8 final
Hüseyn Məmmədov - Daniel Udsilauri (Almaniya)
Qızlar
70 kq, 1/8 final
Nərmin Əmirli - Yael Van Hemst (Hollandiya)
Üzgüçülük
09:00. Qızlar, 50 m, sərbəst üsulla, təsnifat mərhələsi
Məryəm Şeyxəlizadəxəngah
09:10. Oğlanlar, 400 m, kompleks, təsnifat mərhələsi
Əliyar Cahangirbəyov
10:19. Qızlar, 800 m, təsnifat mərhələsi
Aysel Səfərova
İdman gimnastikası
14:00. Oğlanlar, ayrı-ayrı hərəkətlər
Səməd Məmmədli
Atletika
18:10. Qızlar, üçtəkanla tullanma, final
Sabrina Jralova
18:45. Oğlanlar, disk atma, təsnifat, B qrupu
Yusif Nəzərov
18:50. Oğlanlar, 4x200 m, I mərhələ
Aleksey Ələkbərov, Əli Abdıyev, Əlham Nağıyev, Teymur Salahzadə
19:15. Qızlar, 4x200 m, final
Fəxriyyə Tağızadə, Bibixanım Qəmbərova, Nika Məmmədova, Lamiyə Vəliyeva
19:45. Oğlanlar, 3000 m, final
Tomas Azevedo
Basketbol
Oğlanlar, 5-8-ci yerlər uğrunda
18:15. Azərbaycan – Yunanıstan
Həndbol
Oğlanlar, 5-8-ci yerlər uğrunda
20:30. Azərbaycan – İslandiya
Qızlar, 5-8-ci yerlər uğrunda
14:30. Azərbaycan – Rumıniya
Voleybol
Oğlanlar, 5-8-ci yerlər uğrunda
19:00. Azərbaycan – Bolqarıstan