Bu gün Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) növbəti günün yarışlarına start veriləcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycan idmançıları 5-ci gündə idman gimnastikası, atletika, velosiped idmanı, üzgüçülük və cüdo yarışlarında mübarizə aparacaqlar.
Azərbaycan atletləri EYOF-da 9 qızıl, 5 bürünc və 5 bürünc medal qazanmaqla hazırda medal sıralamasında ikinci pillədədi.
Birinci yerdə qərarlaşan Rusiyanın aktivində 13 qızıl, 8 gümüş və 11 bürünc medal var.
İdman gimnastikası
12:00. Fərdi çoxnövçülük, final
Səməd Məmmədli
Atletika
09:40. Qızlar, hündürlüyə tullanma, təsnifat
Ləman Hüseynova
09:42. Qızlar, 100 m, maneələri dəf etməklə, I mərhələ
Ayana Seyuşeva
10:05. Oğlanlar, 800 m, I mərhəl
Vahid Kərimov
Velosiped idmanı
10:00. Qızlar, şosse yürüşü
Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova, Gülşən İsmayılova
17:00. Oğlanlar, şosse yürüşü
Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Şitov
Üzgüçülük
09:00. Oğlanlar, 50 m, sərbəst üsulla, təsnifat
Maksim Petrenko
09:45. Oğlanlar, 100 m, batterflyay, təsnifat
Ramil Vəlizadə
10:08. Oğlanlar, 200 m, sərbəst üsulla, təsnifat
Maksim Petrenko
18:02. Qızlar, 100 m, batterflyay, final
Məryəm Şeyxəlizadəxangah
10:30. Cüdo
Qızlar
57 kq, 1/16 final
Aytac Qardaşxanlı - Erika Vauhkonen (Finlandiya)
Oğlanlar
66 kq, 1/8 final
Mətin Rzazadə - Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan)
73 kq, 1/8 final
Vüqar Talıbov - Cianis Yauseyenka (Belarus) / Mustafa Həbib (Bosniya)