COP29

"Neftçi"yə onun səviyyəsində 3-4 oyunçu lazımdır" - VİDEO

18 Avqust 18:35 Neftçi 3 018
"Neftçi"yə onun səviyyəsində 3-4 oyunçu lazımdır" - VİDEO

"Neftçi"yə Kilian Lebon səviyyəsində 3-4 oyunçu lazımdır".

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “ağ-qaralar”ın Premyer Liqanın ikinci turunda “Səbail”ə qalib gələ bilməməsinin səbəbləri haqda danışıb.

Tanınmış teleşərhçi bildirib ki, paytaxt təmsilçisi rəqibə pressinq tətbiq etməməklə öz işini çətinləşdirib.

Abbasov deyib ki, Roman Qriqorçuk “Neftçi”yə uğur qazandırmaq iqtidarındadır, bunun üçün onun sərəncamına Lebon keyfiyyətində bir neçə yeni futbolçu lazımdır.

Eksprtin sözlərinə görə, burada fərdi bacarığı yüksək olan, oyunun gedişində məsuliyyəti öz üzərinə götürə bilən və komanda yoldaşlarına rahatlıq gətirən fiqurların yoxluğu ciddi çatışmazlıqdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…