«Neftçi»nin kapitanı Emin Mahmudov özünü yenidən narahat aparmağa başlayıb.
Bu barədə klubdan məlumat əldə etmişik.
Redaksiyamıza verilən qeyri-rəsmi bilgiyə görə, yarımmüdafiəçi Ramil Şeydayevin gəlişindən o qədər də xoşlanmayıb.
Adıçəkilən hücumçunun transferindən sonra komanda daxilində, belə demək mümkünsə, «dəngələr» dəyişib.
Sabiq «Kocaelispor»lu forvardın ondan daha çox – 500 min dolların üsütndə müqaviləyə imza atması 2017-ci ildən ağ-qara formanı geyinən orta sahə oyunçusunun əhvalını korlayıb.
Düşərgədə ondan ödənişli birinin olmasını həzm edə bilməyən Mahmudova təsir göstərən digər fakt Roman Qriqorçukla bağlıdır.
Belə ki, baş məşqçi ondan daha çox Şeydayevə diqqət göstərməyə başlayıb.
Ukraynalı çalışdırıcı Ramilə simpatiyasını hər fürsətdə, özü də kollektiv içərisində açıq-aşkar nümayiş etdirir. Bu da həm Emində, həm də digər oyunçularda qıcıq yaradır.
SPORTİNFO.AZ