COP29

Emin Mahmudov Qara Qarayevin də transfer edilməsini istədi, vəziyyət dəyişdi

17 Sentyabr 13:00 Neftçi 10 493
Emin Mahmudov Qara Qarayevin də transfer edilməsini istədi, vəziyyət dəyişdi

«Neftçi»nin kapitanı Emin Mahmudov kayrerasını Türkiyədə davam etdirmək planını ertələyib.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi TFF I Liqa təmsilçisi ilə apardığı danışıqlara ara verib.

Məsələ maliyyə deyil. Orta sahə oyunçusu ona dəvət göndərən kluba maraqlı şərt irəli sürüb.

Bildirib ki, əgər «Neftçi»dən ayrılarsa, ora Qara Qarayevlə birgə gələcək. Yəni ki, məni transfer etmək istəyirsizsə, dostumu da heyətə qatmalısız.

Qarşı tərəf bu tələbə tərəddüdlə yanaşıb. Onlar baklılıların Qarayevi sezonun əvvəlində əvəzedici heyətə göndərməsindən xəbərdardır.

Eminin mövqeyi I Liqa iştirakçısının rəsmilərində təəccübə səbəb olub.

Mahmudovla Qarayev yaxın dostdur. Bu münasibət bir neçə ildir yaranıb.

İndi aralarından su da keçmir. Cütlük millidən bir-birini tanıyıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!