2021-ci ildən «Neftçi»nin formasını geyinən Azər Salahlı, deyəsən, tezliklə özünə yeni komanda tapmalı olacaq.
Samir Abasov uzunmüddətli zədədən geri dönmüş müdafiəçinin burada sabahını görmür.
Baş məşqçi xidmətinə maraq göstərmədiyi oyunçuların siyahısına onu da daxil edib. Çalışdırıcı klub idarəçiləri ilə son görüşləri zamanı millinin sabiq üzvünün icarəyə verilməsini istəyib.
Abasov bu qənaətdədir ki, Salahlının formaya düşməsi üçün oyun praktikası qazanması lazımdır. Amma «Neftçi»də onun belə bir şansı olmayacaq.
SPORTİNFO.AZ