"Neftçi"dən qovulan baş məşqçi klubunu dəyişdi - 22-ci dəfə

28 Fevral 11:20 Neftçi 2 261
"Neftçi"dən qovulan baş məşqçi klubunu dəyişdi - 22-ci dəfə

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu mütəxəssis İranda "İstiqlal Xuzestan” ilə müqaviləsini birtərəfli ləğv edib.

"Persianfootball"da yer alan xəbərə görə, 56 yaşlı çalışdırıcı klubun maliyyə şərtlərini yerinə yetirmədiyi üçün ayrılıq qərarı verib.

O, İranın digər yüksək liqa təmsilçisi “İstiqlal”a keçib. Bununla da Bojoviç 22-ci dəfə komandasını dəyişib. Onunla bu ilin iyununa qədər müqavilə imzalanıb.

Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti