COP29

“Neftçi” bu hücumçunu ərəblərdən neçəyə alıb?

31 Avqust 11:40 Neftçi 2 734
“Neftçi” bu hücumçunu ərəblərdən neçəyə alıb?

“Neftçi” bugünlərdə heyətini yeni futbolçu ilə gücləndirib.

“Ağ-qaralar” Dembo Darbonu transfer edib.

Qambiyalı hücumçu iki illik müqavilə ilə Bakı təmsilçisində 22 nömrəli formanı geyinəcək.

Bundan əvvəl “Əl-Nəsr”ə (BƏƏ) məxsus olan Darbo icarə əsasında Qazaxıstanda “Astana” və “Ordabaşı”nın formasını geyinib.

Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və superkubokunun qalibi olub. O, Qambiya millisində 5 oyun keçirib.

“Transfermarkt” portalının iddiasına görə, Bakı təmsilçisi öncələr “Real Banjul” və “Şkupi”nin şərəfini qorumuş 26 yaşlı qambiyalı hücumçu üçün ərəblərə 500 min avro (təxminən 940 min manat) ödəyib.

Bu məlumatı dəqiqləşdirdik və bizə məlum oldu ki, göstərilən rəqəm həqiqəti qətiyyən əks etdirmir. Bəli, «ağ-qaralar» qarşı tərəfə kompensasiya verib.

Amma iddia olunan məbləğdən qat-qat az. «Neftçi» bu transfer əməliyyatını 100 min avrodan da aşağı vəsaitə başa çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM