!["Neftçi"dəki ayrılıqlar rəsmiləşdi](https://www.sportinfo.az/media/2019/09/21/neftci-logo-4-800x520.jpg)
"Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Sportinfo.az-ın 3 gün öncədən oxuculara verdiyi bu məlumat barədə, klubun saytında bu gün xəbər yerləşdirilib. Bildirilir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.