COP29

Qriqorçukun gizlətdiyi "Neftçi"dən YENİ VİDEO

21 İyul 11:55 Neftçi 4 798
Qriqorçukun gizlətdiyi "Neftçi"dən YENİ VİDEO

2024/2025 mövsümünə Türkiyədə hazırlaşan "Neftçi" dünən növbəti yoxlama oyununa çıxıb.

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin 1-ci liqa təmsilçisi "Erzurumspor"la qarşılaşıb.

Görüş 0:0 hesabı ilə başa çatıb.

“Neftçi” bunadək 2 yoxlama oyunu keçirib. Bakı klubu öncə Superliqa təmsilçiləri “Alanyaspor”u (3:1) və “Sivasspor”u (2:1) məğlub edib.

İlk iki matç olduğu kimi, budəfəki qarşılaşma da klubun «yutub» kanalında ya yayımlanmayıb. Bu, yeni baş məşqçinin istəyidir.

Ukraynalı mütəxəssis rəqiblərin komandası barədə ətraflı məlumat toplamaması üçün belə bir qadağa qoyub. «Neftçi»yə aidiyyatı olmayan şəxslərin də oyunları çəkməsinə icazə verilmir.

Təqdim etdiyimiz bu videonu isə ərzurumlu media mənsubu qeydə alıb. Görüntülərdən də sizə aydın olur ki, çəkiliş uzaqdan təşkil olunub.

Bu da məcburiyyətdəndir. Meydana yaxın hissələrdə video kameraların quraşdırılmasına izn yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?