“Neftçi”dən ayrılan Roman Qriqorçukun yeni iş yeri rəsmən açıqlanıb.
Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsində LNZ-u çalışdıracaq.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. O, Çerkassi klubunda işə 2025-ci ilin yanvarında başlayacaq.
Qriqorçuk bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.
LNZ Ukrayna çempionatında 17 turdan sonra 19 xalla 16 komanda arasında 10-cu sıradadır.
59 yaşlı ukraynalı mütəxəssisin son iş yeri bu ilin iyununda baş məşqçi təyin edildiyi "Neftçi" olub. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib.
"Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib.
Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.