COP29

"Neftçi"nin yeni transferi: "Azərbaycanın ən böyük klubunda oynamaq üçün..."

23 İyul 13:40 Neftçi 1 812
"Neftçi"nin yeni transferi: "Azərbaycanın ən böyük klubunda oynamaq üçün..."

"Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"yə yeni transfer olunan almaniyalı Robert Bauer instaqram səhifəsində yazıb.

29 yaşlı müdafiəçi paytaxt klubu ilə 3 illik müqavilə bağlayıb. O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.

Karyerasına 2014-cü ildə ölkəsində - "Karlsrue"də başlayan Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) ilə bağlayıb.

Burada 48 matç keçirib, daha sonra yüksək məbləğ qarşılığında "Verder"ə üz tutub, 3 il "ağ-yaşıllar"a məxsus olub.

2018-2019-cu illərdə "Nurnberq"in formasını icarə əsasında geyinib. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib.

2019-cu ildə Rusiyanın yolunu tutub, 2 il Tula "Arsenal"ın uğurları üçün tər töküb.

Növbəti iki ili isə Belçikada, "Sint Trüden"də çıxış edib. Sonuncu klubu Səudiyyə Ərəbistanında "Əl-Tai" olub.

R.Bauer Almaniyanın U-20 və Olmpiya millilərində də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?