COP29

Qriqorçuk "Neftçi"yə öz "qanunlar"ını gətirdi – Nələrə qadağa qoydu?

18 İyul 11:40 Neftçi 4 845
Qriqorçuk "Neftçi"yə öz "qanunlar"ını gətirdi – Nələrə qadağa qoydu?

Roman Qriqorçuk "Neftçi"yə öz "qayda-qanunlar"ını gətirib.

Yeni baş məşqçisi Türkiyədə olan klub əməkdaşlarına qadağa tətbiq edib.

O, komandanın gündəlik məşq prosesinin bu şəxslər tərəfindən kənardan izlənməsinə icazə vermir.

Həmçinin texniki işçilərin həmin müddətdə telefondan istifadəsinə «olmaz» deyib. Xəbərdarlıq edib ki, kim bu qadhağalara məhəl qoymasa, onu böyük miqdarda cərimə gözləyir.

Dünən düşərgədən daha bir xəbər paylaşmışdıq - ukraynalı çalışdırıcı komandanı ictimaiyyətdən "gizlətməyə" dair göstərib verib.

Paytaxt təmsilçisi qardaş ölkədə keçirdiyi ilk yoxlama matçında "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib. «Ağ-qaralar» ötən gün Superliqanın digər təmsilçisi «Sivasspor»la üz-üzə gəlib.

Ötən oyun olduğu kimi, bu qarşılaşma da yayımlanmayıb.

Yaxınlarda 2 illik müqavilə imzalamış miütəxəssisin tapşırığına əsasən, Premyer Liqanın startına keçiriləcək bütün yoxlama görüşləri heç yerdə göstərilməyəcək.

O, oyunlardan icmal videolarının hazırlanmasına da qadağa qoyub. Həmçinin təlim-məşq toplanışının gedişindən çəkilişlərin edilməsinə icazə tanımayıb.

Qriqorçukun addımı bir məqsədə xidmət edir - rəqiblərin «Neftçi»nin mövcud durumu barədə məlumat toplamasını əngəlləmək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?