COP29

“Neftçi”nin təklifini qəbul etdi, ən ödənişli ikinci futbolçu oldu

16 İyul 17:00 Neftçi 4 688
“Neftçi”nin təklifini qəbul etdi, ən ödənişli ikinci futbolçu oldu

Xəbər verdiyimiz kimi, “Neftçi”bu gün yeni transferini açıqlayıb.

Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək. O, «ağ-qaralar»ın təklifini qəbul etməklə, Emin Mahmudova şərik olub.

Söhbət onun alacağı məbləğdən gedir. Ramilə buradakı keçirəcəyi birinci mövsümə görə 550 min dollara yaxın vəsait ödəniləcək.

Bu isə adını çəkdiyimiz forvardın Mahmudov qədər qazanması deməkdir. Ona kimi «Neftçi»də ən ödənişli yerli futbolçu Emin idi.

Azərbaycan millisinin üzvünün son klubu “Kocaelispor” olub.

O, Türkiyənin I Liqa təmsilçisindən qarışılqlı razılıq əsasında ayrılıb.

"Neftçi“dən gələn təklif səbəbindən gələn ilin yayında bitəcək sözləşməsinə vaxtından əvvəl xitam verib.

Şeydayevin ağ-qara formanı geyinəcəyi barədə ilk xəbər saytımıza məxsusdur. Onu da bildirək ki, yığmanın üzvünün transferi Roman Qriqorçukun şəcxsi təşəbbüsüdür.

Ukraynalı çalışdırıcı rəhbərliklə görüşündə Ramilin adını bir neçə dəfə çəkib, onu sərəncamında görmək istədiyini israrla bildirib.

Qeyd edib ki, Şeydayev taktiki baxışlarına tamamilə uyğun gəlir və bu keçidin reallaşması üçün istənilən qədər xərc çəkməyə dəyər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?